success closed Loading...

Direktor müavini Şəlalə Haqverdiyeva şəhid ailələrini təhqir edir - Müəllimlərdən BAŞ PROKURORA ŞİKAYƏT

Redaksiyamıza Yevlax rayon, Əkşəm kənd orta məktəbi kollektivi adından şikayət məktubu daxil olub.

Yevlax rayon, Əkşəm kənd orta məktəbinin kollektivi direktor müavini Şəlalə Haqverdiyeva tərəfindən haqsızlığa məruz qaldıqlarından şikayətlənirlər.

news-detail
 
Enter.News xəbər verir ki, müraciətdə deyilir: "Şəlalə Haqverdiyeva 2017-ci il, sentyabrın 15-də kollektivin razılığı olmadan direktor müavini təyin olunub. O, vəzifəyə təyin olunduqdan sonra işlədiyi 2 il müddətində kollektivi incidib, şərəf və ləyaqətini alçaldıb, səlahiyyətindən sui-istifadə edərək saxta aktlar tərtib etməklə müəllimlərin adından saxta imzalar atıb.

Direktor müavini hətta şəhid bacısını da təhqir etməkdən, incitməkdən çəkinməyib. Biz müəllim kollektivi olaraq o xanımın özbaşınalığının qarşısını almaq üçün 2019-cu il iyunun 25-də Yevlax rayon təhsil şöbəsinin müdiri Xaləddin Niftəliyevə müraciət etdik. Şikayətimizə baxılmadığı üçün Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədova müraciət ünvaladıq. Bizim müraciətdən sonra icra başçısı kəndə gələrək kənd camaatı və müəllim kollektivi ilə görüşdü. İcra başçısı kəndə gələn gün Ş.Haqverdiyeva xəstəxanaya yerləşdi. Bundan sonra X.Niftəliyev pedoqoji şura keçirərək 12.09.2019-cu il tarixli 67/3 saylı əmrlə Ş.Haqverdiyevanı işdən azad etsə də sabiq müavin xəstəxanada ola-ola işdən azad olunmasının "qanunsuz olduğu ilə bağlı" məhkəməyə müraciət edib. Bundan sonra X.Niftəliyev 67/3 saylı əmri ləgv edərək 69/4 saylı əmr imzaladı. Yevlax rayon məkəməsi də ləgv olunmuş əmri əsas tutaraq Haqverdiyevanın işinə bərpa edilməsi ilə bağlı qərar çıxardı. Biz məhkəmə qərarına etiraz olaraq Şəki Apellyasiya Məhkəməsinə müraciət etsək də təəssüflər olsun ki, həmin instansiya şəhid ailəsinə hörmətsizlik edən Ş.Haqveriyevanın lehinə çıxarılan qərarı qüvvədə saxladı. Qeyd edək ki, hər iki məhkəmə instansiyasında müəllimlər dindirilmədi".

news-detail

Şikayət məktubunu imzalayan müəllimlərdən biri bir neçəsi Enter.News-a bildirib ki, Şəlalə Haqverdiyeva insanları təhqir etməkdən sanki zövq alır:

"Bütün kollektivə qarşı belədir. Onun özbaşınalığı o dərəcəyə çatıb ki, şəhid bacısı olan Bənövşə Əzizovanı da cəmiyyət içərisində dəfələrlə aşağılamaqdan, ağlatmaqdan çəkinməyib. Vətən uğrunda canından keçmiş şəhidin ailə üzvünü təhqir etmək nə deməkdir? Ona Yevlax Təhsil şöbəsində ona təklif edirlər ki, öz ərazisinə, yəni Mingəçevir şəhərinə getsin. Amma o, qərəzli bir şəkildə bildirir ki, mən o məktəbdə olacam."

Baş prokuror Kamran Əliyevə MÜRACİƏT

news-detail
news-detail

news-detail

Ombudsman Səbinə Əliyevaya MÜRACİƏT

news-detail

news-detail

 

news-detail