success closed Loading...

AMEA Prezidenti Ramiz Mehdiyevə köməkçi təyin edilən ƏLƏDDİN MƏLİKOV KİMDİR? - DOSYE

icon datetime21.08.2020 12:29 icon comment icon visitor
shadow

Avqustun 20-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə yeni köməkçi təyin edib.

news-detail

Enter.News xəbər verir ki, yeni köməkçi vəzifəsinə Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov təyinat alıb.

Bununla da AMEA prezidentinin köməkçilərinin sayı 3-ə çatıb. Ələddin Məlikov AMEA-da Şərq ölkələri üzrə elmi əlaqələrin təşkili istiqamətində fəaliyyət göstərəcək.

Enter.News Ələddin Məlikovun yeni tərcümeyi-halını oxuculara təqdim edir:

Ələddin Mehman oğlu Məlikov 16 sentyabr 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Hələ məktəb illərindən xüsusi bacarığı ilə fərqlənən Məlikov, xarici dilləri öyrənməyə böyük həvəs göstərmişdir. Məktəb illərindən, hal-hazırda ABŞ-da yaşayan qardaşı ilə birgə xarici dilləri mükəmməl mənimsəməyə çalışıb. Ələddin Məlikov 1989 – 2000-ci illər Ərkivan qəsəbə Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000 – 2004-ci illərdə “Ümumdünya İslam elmləri Akademiyası”, Dinşünaslıq fakültəsi, “İslam fəlsəfəsi və mistikası” ixtisası üzrə Bakalavr pilləsi, 2004 – 2007- ci illərdə “Mofid Universiteti”, Qərb fəlsəfəsi üzrə “Fəlsəfə və Elmin metodologiyası” ixtisası, Magistr pilləsi, 2007 – 2010- cu illərdə “Mofid Universiteti”, Fəlsəfə tarixi üzrə “fəlsəfə doktoru” (Ph.D) dərəcəsi, 2010 – 2013- cü illərdə “Tərbiyət Müdərris Universiteti”ndə “Transandental fəlsəfə” üzrə “fəlsəfə elmlər doktoru” (Post Ph.D) dərəcəsi, 2011 – 2013- cü illərdə “Beynəlxalq Əl- Mustafa Universiteti”i tərəfindən fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, “Dosent” elmi adı almışdır. 1996-cı ildən etibarən, O həmçinin “Fiqh” elminə maraq göstərmiş və o elmi bütün çalarları ilə mənimsəməyə çalışmışdır. Fiqh elmini dərindən öyrənmək üçün Sərf, Nəhv, Fəsahət, Bəlağət, Müxtəlif qiraətlər, Məntiq, Fiqhul- lüğət, Üsulul-fiqh, Ulumul- Quran (Təfsir, Təvil, Əsbabun- nuzul, Nasix və Mənsux, Möhkəm və Mütəşabih, Ecazul- bəyan), Ayatul- əhkam, Qəvaidul- fiqhiyyə, Fiqhul- istidlali, Elmul- hədis, Dirayətul- hədis, Tarixul- İslam, Tarixul- kəlam, Əlfiqh əla məzahibil- xəmsə və Rical elm sahələrini öyrənmişdir. Sonradan “Fiqh fəlsəfəsi” sahəsində bəzi araşdırmalar aparmışdır. 

news-detail

Ələddin Məlikovun iş fəaliyyətinə gəlincə:

  • Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyində çalışmışdır.
  • Beynəlxalq Əl- Mustafa Universitetinin araşdırma və tədqiqat institutunun Fəlsəfə və sxolastika departmanında elmi araşdırmaçı olmuşdur.
  • Beynəlxalq “Bilik” tədris mərkəzində xarici dil müəllimi vəzifəsində tədris etmişdir.
  • AMEA Şərqşünaslıq İnstitututunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
  • Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin “Rəsmi yazışmalara nəzarət” şöbəsinin dil mütəxəssisi olmuşdur.
  • AMEA Elm Tarixi İnstitutunun “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsinin baş elmi işçisidir.

Kifayət qədər dərin yaradıcılığı olan Ələddin Məlikov universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıci tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir.

Müəllifi olduğu kitablar:

  • Nur hərəkatı liderlərindən iki şəxsin fikirləri ilə tanışlıq, İran, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, ikinci çap, 2016, 143 səh.
  • Fəlsəfə və İrfanda “kamil insan” konsepsiyası, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, İran, Birinci çap, 2014, 198, səh.
  • İslam Peyğəmbəri Quran və əhli- beyt simasında, Məhəmməd Məhəmmədi Reyşəhri, Darul-hədis nəşriyyatı, İran, Birinci çap, 2014, 184 səh.
  • Əql- İman və İnsanşünaslıq, Rza Kaşifi, Beynəlxalq Əl- Mustafa Universiteti, İran, Birinci çap, 2013, 120 səhifə.
  • Həcc əməlləri, Kövsər nəşriyyatı, Birinci çap, 2013, 366 səhifə.
  • Məhdəviyyət dialoqu, İran, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, ilk çap, 2012, 144 səh.
  • Epistemologiyanın tədqiq və təhlili: Alvin Plantinqa və Mürtəza Mütəhhəri fəlsəfəsində, (fars dilində), İran, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, 2011. 213 səh.
  • İbn Rüşd, Sədrəddin Şirazi və İmmanuel Kant təfəkküründə “Zəka və İman” münasibətlərinin müqayisəli tədqiq və təhlili, Kitab, Birinci çap, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, 2010, 303 səh.
  • Dini Plüralizm, İran, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, 2010.
  • Elm və hikmət siması (Quran və hədislərdə), İran, Beynəlxalq Əl- Mustafa Universiteti nəşriyyatı, 2009.
  • Alvin Karl Plantinqa və Mürtəza Mütəhhəri təfəkküründə Zəka və İman münasibətlərinin müqayisəli tədqiq və təhlili, İran, Tehran, Maarif nəşriyyatı, Birinci çap, 2009, 339 səhifə.news-detail

Məqalələri:

  • Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, Məqalə, Metafizika jurnalı, 2018, № 2, səh 23-53.
  • İbn Rüşdün din fəlsəfəsi, Dini araşdırmalar jurnalı, 2018, № 1, səh 34-68.
  • “İmmanuil Kant fəlsəfəsində beynəlmiləl “Sülh” prossesi və onun zəruriliyi”, Məqalə, “Comparative Studies of Human Rights” (İnsan haqlarının müqayisəli tədqiqi) jurnalı, 2016, № 2, səh 35-52.
  • Sədrəddin Şirazinin Əl- Hikmətul Mütaaliyə fəlsəfəsinə əsasən İnsan Ruhu və Nəfsinin substansial hərəkəti, Məqalə, Tülu jurnalı, Bahar, 2012, № 35, 23- 46.
  • İbn Əl-Ərəbi düşüncəsində “Kamil insan” konsepsiyası, Həft Aseman jurnalı, Bahar, 2012, № 53, 7- 27.
  • “Din Fəlsəfəsi”, Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 47- 54.
  • Əbu Hamid Qəzali və Mürtəza Mütəhhəri baxışlarında “Din ilə Zəka münasibətləri”, Marif jurnalı, Yay, 2010, № 18, 181- 204.
  • “İnanc yaxud Zəka”, Məqalə, Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 38- 46.
  • İmmanuel Kant, İbn Rüşd və Sədrəddin Şirazi təfəkküründə “Epistemologiya” məsələsinin tədqiq və təhlili, Tülu jurnalı, Bahar, 2009, № 27, səh. 65- 84.
  • “Alvin Karl Plantinqa və Mürtəza Mütəhhəri baxışında “Ağıl və İman” paradoksunun problemləri və perespektivləri", Pəjuhə jurnalı, 2008, № 32, səh. 27- 38.
  • “İslam və Fəlsəfə” (müvafiq yoxsa müxalif), Son Ümid jurnalı, 2008, № 7, səh. 61- 63.
  • “Azərbaycan Respublikası oddan İslamadək (dini- fəlsəfi cərəyanlar)”,(fars dilində), Təqrib təfəkkürü jurnalı, Bahar, 2008, № 14, səh. 137- 159.
  • “Əbu Nəsr Əl- Farabi və Sədrəddin Şirazi baxışında vəhy məsələsinə fəlsəfi baxış”,(fars dilində), Pəjuhə jurnalı, 2008, № 34, səh. 8- 21.
  • “İslam idarəçilik (müdiriyyəti) sistemi varmı?”, Nəxli Şəhdad jurnalı, Bahar, 2007, № 9, səh. 45- 47.
  • Sədrəddin Şirazi fəlsəfəsində ağıl və iman münasibətlərinin təhlili, Məqalə, Metafizika jurnalı, 2019, № 1, səh 37-57.

news-detail

Təltif və mükafatları

  • “Nəsirəddin Tusi” adına İran İslam Respublikasının “elm mükafatı”na layiq görülmüşdür.
  • Epistemologiya sahəsində tədqiqatlara görə İran İslam Respublikasının Presidenti yanında “Sağlam düşüncə” mükafatı ilə təltif edilmişdir.
  • “Əllamə Hilli” adına gənc alimlər üçün keçirilən Qnoseoloji araşdırmalar mükafatına layiq görülmüşdür.
  • AMEA Rəyasət heyətinin 28 may- Respublika günü münasibəti ilə Akademiyanın gənc alimləri üçün elan etdiyi qrant- elmi müsabiqədə, “Epistemologiya” sahəsində əsərlərinə görə, müsabiqənin qalibi olmuşdur.

news-detail