success closed Loading...

Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı

Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.

Enter.News-un əldə etdiyi məlumata görə, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov  və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib. 

Belə ki, çalışmanın yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və  onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib.