success closed Loading...

İlham Əliyev: “İslam Həmrəyliyi Oyunları dinimizə qarşı çirkin kampaniya aparanlara cavab olacaq”

Biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır.

Enter.News-un  məlumatına görə, İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlərin səsləndiyini qeyd edib: “Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlədiblər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək”.

Prezident bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb: “Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

Prezident Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu qeyd edib: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.

Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.


XƏBƏR LENTİ
6,3 milyard dollar sərvəti olan Süleyman Kərimov Fransada saxlanıldı 00:43
"Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevin əsl simasını “Azərsun Holdinq” ortaya çıxardı - CƏSARƏTLİ DOSYE 00:22
Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər 00:13
"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək – AÇIQLAMA 00:06
“Milan” avrokuboklardan uzaqlaşdırılır - SƏBƏB 00:02
21.11.2017
Goranboyda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb, bir azyaşlı ölüb + YENİLƏNİB 23:55
Nazirlər Kabinetindən gömrük rüsumları ilə bağlı YENİ QƏRAR 23:40
“Beşiktaş” Çempionlar Liqasında tarix yazdı + VİDEO 23:19
"Banklar on illərlə pul qazanıblar. İndi vətəndaş probemin içindədir, ona kömək etmək lazımdır” - Siyavuş Novruzovdan ciddi etiraz 23:00
“Gömrük xidməti prezidenti inandırdı ki, guya, yağın qiymətini aşağı salıb” - Vahid Əhmədovdan SƏRT SÖZLƏR 22:35
Tovuzda azyaşlı uşaq yanıb 22:15
Ölkə əhalisinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi? 21:45
İnterpol 27 yaşlı azərbaycanlını axtarır + FOTO 21:25
Putin və Tramp arasında telefon danışığı olub 21:13
93 yaşlı prezident Muqabe istefa verdi 20:52
Fədayə Laçınla görüşən vəkil: Ev dustağı olmaq istəyir 20:35
Sabah qaz olmayacaq 19:50
Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirdilər 19:25
Azərbaycan prezidenti livanlı həmkarına məktub göndərdi 18:50
Azərbaycanda bu vəzifələr ləğv olundu - Prezident sərəncamı 18:25
Bu marşrut xətti dəyişib 18:00
Bakı “Çelsi”nin tarixinə düşüb 17:40
Mingəçevirdə üçəm qız dünyaya gəlib 17:15
FHN yanacaqdoldurma məntəqəsindəki yanğın barədə məlumat yayıb + FOTOLAR + YENİLƏNİB 16:55
"Palmali" Rusiyadakı nümayəndəliyinə qarşı araşdırma aparılmasına münasibət bildirdi + YENİLƏNİB 16:35
“Kişilik avtoritetlərdə olur” - Elnur Şuşalı ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı + FOTO 16:00
Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanıldı 15:34
AST Telman Lotu Qulinin həyatını necə xilas etdi 15:18
AZAL gözəl xanımlara iş təklif edir 15:10
Yol polisi rəsmisindən sürücünü təhdid edən YPX əməkdaşının videosuna münasibət: "Günahkar sürücüdür" + VİDEO + YENİLƏNİB 15:01
İqtisadiyyat nazirindən mənzili olmayanlara ŞAD XƏBƏR 14:49
Ərdoğan: “Bəşər Əsəd hələ də yerindədirsə, bu qədər qan niyə tökülürdü?!” 14:34
Elman Rüstəmov: "Ölkənin valyuta ehtiyatları 42 milyard dollar təşkil edir, manat da tam möhkəmlənib" 14:19
“Onda gərək məni də dəyişsinlər...” - Qurban Qurbanov 13:55
Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü + FOTOLAR + YENİLƏNİB 13:40
Terror təbliğ edən baş redaktor həbs edildi 13:15
Büdcədə neftin baza qiyməti niyə 45 dollardan götürülüb? - RƏSMİ 13:12
Qubada oğul atasını güllələyib 13:07
İran prezidenti: “İraq və Suriyada İŞİD üzərində qələbə qazanılıb” 12:50
Lotu Quli ləqəbini dəyişdirdi + FOTOFAKT 12:41
Ərdoğanın sözçüsü: "Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür" 12:34
Artur Rasizadə nazirlərlə birgə Milli Məclisə gəldi - SƏBƏB 12:18
“Yalandır, 2400 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev 12:13
Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ 11:51
Türkiyənin Baş Qərargah rəisi Rusiyaya səfər edib 11:31
Ali məktəbdə oxuyan bu tələbələr üçün təhsil müddəti azala bilər - Yaqub Piriyev 11:15
“Atam həbsxanada son görüşündə anama özünü doğrultmayan “dostların” adını demək istəyib" - Hüseyn Cavidin qızının ÜRƏK SIZLADAN MÜSAHİBƏSİ 11:00
Bakıda doğranmış halda meyiti tapılan şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunub 10:35
Yol polisinə yazdığı cərimələrdən gələn BONUSLAR 10:15
"Azəriqaz"dan Bakının Nizami rayonunun sakinlərinə "XOŞ" xəbər: Qaz olmayacaq 09:25
Soçidə Vladimir Putin və Bəşər Əsəd arasında VACİB GÖRÜŞ 08:53
1158 nəfərin ölkədən çıxışına "STOP" qoyuldu 07:49
Ağdamda 15 yaşlı oğlan özünü tövlədə asdı - “Sınaq imtahanında az bal yığıbmış…” + YENİLƏNİB 00:29
“Onun köməyinə ehtiyacım yoxdur...” - Rasim Balayev danışdı 00:24
Bakıda dayanacaqda maşın saxlayan sürücülər “işə düşdü” + FOTO + VİDEO + YENİLƏNİB 00:18
İlham Əliyev FIFA prezidentinə Azərbaycan futbolunun uğurlarından danışdı + FOTOLAR + YENİLƏNİB 00:10
Vladimir Putin Qətərin əmiri ilə nə üçün görüşdü? 00:04