success closed Loading...

Böyük ürəyə malik azərbaycanlı - Fəxrəddin Cavadovun vəfat günüdür - DOSYE + VİDEO

Bu gün tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun vəfatından 10 il ötür.

Enter.News xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar həkimi, görkəmli mütəxəssis, tanınmış alim, Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun vəfatından 10 il ötsə də, onun xalq arasında olan hörməti və səmimi sevgisi bu gün də xüsusi bir səviyyədə qorunur.

news-detail

Fəxrəddin Cavadov Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük işlər görüb. Fəxrəddin Cavadovun rəhbərliyi dövründə Mərkəzi Neftçilər Xəstəxanasında kardinal dəyişikliklər baş vermiş, bu xəstəxana sahə müəssisəsi olmaqdan çıxaraq, ölkəmizdə və eləcə də regionda böyük şöhrət qazanmış, mühüm tibbi-elmi mərkəzə çevrilmişdir. Ölkə rəhbərliyi tərəfindən göstərilən dəstək əsasında xəstəxana tam yenidən qurulmuş, yeni-yeni şöbələr açılmışdır.

news-detail

Mərhum Cavadov həkim və tələbələrin xaricdə təhsil və təcrübə mübadiləsi keçmək məqsədilə Avropanın aparıcı təhsil və tibb ocaqlarına göndərilməsinə daim diqqət yetirir, xaricdə təhsil alan perspektivli gənc milli kadrların Azərbaycana qayıtmaları üçün onlara lazımı müvafiq şərait yaradılmasını nəzarətində saxlayırdı. O, ömrünün son gününədək çox gərgin fəaliyyət göstərmiş, daim daha çox yaratmaq arzusu ilə yaşamışdır. 

Enter.News Fəxrəddin Gülmirzə oğlu Cavadovla bağlı dosyeni oxuculara təqdim edir:

Fəxrəddin Cavadov 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. O, 1968-1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975-1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləyib. 1978-1986-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi alıb.

news-detail

1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışıb. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra edib. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləyib. Fəxrəddin Cavadov bu müddət ərzində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrası üzrə dosent vəzifəsinə də seçilmişdir.

2000-ci ilin fevral ayından isə Azərbaycan Respubliksı Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

news-detail

Fəxrəddin Cavadovun Azərbaycan tibb sahəsindəki xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2006-cı ildə isə "Azərbaycan Respublikasının əməkdar həkimi" adına layiq görülüb. Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirməyə nail olub.

Fəxrəddin Gülmirzə oğlu Cavadov 2009-cu il yanvar ayının 9-da 57 yaşında vəfat edib.

Allah rəhmət etsin!

Enter.News saytı mərhum Fəxrəddin Cavadovla bağlı AzTV-nin hazırladığı "Bir sağlam ürək" adlı sənədli filmi oxuculara təqdim edir:


XƏBƏR LENTİ
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59
19.03.2019
Vergilər Nazirliyi: “Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər” 23:53
Mədət Quliyev müğənni Nigar Camalın klip təqdimatında + FOTOLAR 17:59
Keçmiş müstəntiq Rüfət Səfərov: "Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular" 17:30
Elçin Şıxlı: "Nə qədər ki, o məmurlar orada oturub, heç bir islahat gözləmirəm” 16:22
"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik" - Ərdoğan od püskürdü 15:18
MTRŞ-dan "Manpası" verilişinin aparıcılarına SƏRT TƏNQİD 12:42
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət edib 11:03
Putin bu gün Krıma gedir – Yarmadanın Ukraynadan qoparılmasının 5 illiyi qeyd olunacaq 09:14
Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbi nədir? - “Azəriqaz”-dan rəsmi açıqlama 08:59