success closed Loading...

Fazil Mustafa: ''Düşmüşük Xoşqədəmlərin, Zaurların üstünə. Bu verilişlərdə mərhəmət təbliğ olunur''

Deputat Fazil Mustafa əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıçaqlanaraq öldürülməsinə münasibət bildirib.  

O qeyd edib ki, son vaxtlar yeniyetmələr arasında özləri ilə bıçaq gəzdirmək halları artıb: “Orta məktəblərdə 10-11-ci sinif uşaqları arasında yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.

Ötən gün də Nizami metrosunda 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürüblər. Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb. Ciddi narahatedici məsələdir, fikrimcə, valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir. 

Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar. 

Hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır. Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyin evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır”.

Enter.News


XƏBƏR LENTİ
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar edib? - MÜHÜM TƏHLİL 13:18
ABŞ-ın Türkiyəyə Mənbic tələsi: Kürd terrorçulara tank əleyhinə külli miqdarda raket verilib 12:58
İstanbulda "Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı" adlı konfrans keçirilib + FOTOLAR 12:13
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərəkət dayandırılıb 12:06
Hafiz Paşayev: "ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar” 10:55
İlham Əliyev xanımı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər + FOTOLAR 09:56
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır 08:00
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur 00:08
Vahid Mustafayev: "Bunlar mənə İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi" + YENİLƏNİB 00:00
19.01.2019
Ramil Usubovdan yeni RƏİS TƏYİNATLARI 23:55
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ 23:52
Kamal Abdulla: “Bu xəbəri ulu öndərimiz verdi..." 23:29
İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana gəlişi tarixi səfərdir" 19:25
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb + FOTOLAR 17:18
“ASAN xidmət” mərkəzləri yanvarın 20-də işləməyəcək 12:47
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib 12:43
Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb 11:41
ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır” 10:40
İlham Əliyev Zimbabvenin prezidenti ilə görüşüb + FOTOLAR 09:19
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub + FOTOLAR 00:11
ABŞ və Şimali Koreya liderləri arasında ikinci görüşün vaxtı açıqlanıb 00:02