success closed Loading...

Ay Azərbaycanda niyə görünmür? - Rəsədxanadan analoqu olmayan açıqlama

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramı ərəfəsində ayın görünüb-görünməməsi ilə bağlı məsələyə münasibət bildirib. 

QMİ-dən Enter.News-a daxil olan məlumatada deyilir ki, çoxsaylı zəng və sorğulara cavab olaraq Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, yeni ay iyunun 3-də 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib. Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı 4 iyun tarixində - axşam saatlarında 20.20 - 21.06 radələrində gözlə görünəcək.