success closed Loading...

Çexiyada biznesi olan məmurlarımız təlaşda: Korrupsiyaya qarşı xalq etirazı başladı - SİYAHI

Enter.News "Yeni Sabah”a istinadən xəbər verir ki, aksiyada yüz mindən çox insan iştirak edir. Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Bu varidatın çoxuna korrupsiya yolu ilə nail olan baş nazir iki ildir ki, bu posta təyin olunub. 
 
Qeyd edək ki, ümumiyyətlə Çexiyada korrupsiyaya qarşı mübarizə bir neçə ay əvvəldən başlayıb. Bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı gözlənilir.
 
Hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.
 
"Yeni Sabah” Çexiyada biznesi olan məmurların qısa siyahısını təqdim edir. Qeyd edək ki, siyahı bu vaxta qədər mediada yayılan məlumatlar əsasında hazırlanıb və bu məlumatların heç biri (Allahşükür Paşazadə istisna olunmaqla) təkzib olunmayıb.
 
1.    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
 
2.    Millət vəkili Cavanşir Paşazadə
 
3.    Millət vəkili Adil Əliyev
 
4.    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev
 
5.    Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli
 
6.    Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev
 
7.    Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov
 
8.    Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 
 
9.    Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev
 
10.    Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov
 
11.    Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehov
 
12.    Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev
 
13.    Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev
 
14.    Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev
 
15.    "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov
 
16.    Keçmiş Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cəmil Məlikov
 
17.    Sabiq müdafiə naziri Səfər Əbiyev
 
18.    Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
 
19.    Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və deputat qardaşı Malik Həsənov.