success closed Loading...

Mədət Quliyev DTX rəisi vəzifəsindən azad edildi - Yerinə bu şəxs gəldi + FOTO

Prezident İlham Əliyev DTX rəisi Mədət Quliyevlə bağlı sərəncam verib.

Enter.News xəbər verir ki, sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə M. Quliyev Müdafiə Sənayesi naziri təyin edilib.

***

Prezident İlham Əliyev Əli Nağıyevlə bağlı sərəncam verib.

Enter.News xəbər verir ki, sərəncama əsasən, Nağıyev Əli Nağı oğlu Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub.

Qeyd edək ki, Ə. Nağıyev bu günə kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tutub.

news-detail