success closed Loading...

AzTV-nin əməkdaşına ''Beynəlxalq Əlillər Cəmiyyəti''ndən dəstək + FOTOLAR

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə  çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparır.  

Enter.News xəbər verir ki, bu gün İctimai Birliyə müraciət edən İsfəndiyar Quliyev uzun müddətdir ki, AzTV-də çalışır. O, 1985-ci ildə keçirdiyi avtomobil qəzasında ağır yaralanıb. Uzun müddət müalicə alsa da sağ qolu şikəst olub. İsfəndiyar Quliyev deyir ki, əvvəlki illərdə fiziki qüsuru ilə əlaqədar ƏƏSMN-nə dəfələrlə müraciət etsə də, əlillik qrupu təyin edilməsində problemlərlə üzləşib, hər dəfə müxtəlif bəhanələrlə imtina edilib. İB-dən ona köməklik göstərilməsini xahiş edir.

Layihənin icraçıları İsfəndiyar Quliyevin problemi barədə aidiyyati dövlət təşkilatlarını məlumatlandıracaq, problemin müsbət həll olunmasına çalışacaq.

news-detail

news-detail

news-detail