success closed Loading...

Prezident İlham Əliyev Azərbaycana yeni baş nazir təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyevin Baş Nazirliyə təyinatla bağlı sərəncamı dərc olunub.  

Enter.News xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı birinci sərəncama əsasən, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə isə Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Qərar sərəncam imzalandığı gündən qüvvəyə minir.