success closed Loading...

Gülmirzə Cavadov: ''Daha yaxşı gələcək üçün birlikdə çalışaq''

icon datetime23.01.2020 22:32 icon comment icon visitor
shadow

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı, Neft Daşları və Çilov Adası sakinlərini görüşə dəvət edib.

Enter.News-un xəbərinə görə, Gülmirzə Cavadov bildirib ki, bir namizəd olaraq onu daha yaxından tanımaq istəyən, millət vəkili seçiləcəyi təqdirdə etmək istədiyi dəyişikliklər haqqında məlumat almaq istəyən hər kəsi görüşə səsləyir:

“Gəlin, bir-birimizi dinləyək, bir-birimizə dəstək olaq və daha yaxşı gələcək üçün birlikdə çalışaq!”

Qeyd edək ki, görüş 25 yanvar, saat 15:00-da Buzovna qəsəbəsi “Toy Gecəsi” restoranında keçiriləcək.

news-detail