success closed Loading...

Gülmirzə Cavadov Pirallahı qəsəbəsində bir sıra görüşlər keçirib + FOTOLAR

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov seçki dairəsinə daxil olan Pirallahı qəsəbəsində də bir sıra görüşlər keçirib. 

Gülmirzə Cavadov “Facebook” hesabında bildirib ki, çox sərt hava şəraitinə baxmayaraq, insanlar onu çox xoş ab-hava ilə qarşılayıb:

“İstər binaların önündə, istər həyətlərdə, istər küçələrdə görüşlərimizi çox gözəl ab-havada həyata keçirdik. Pirallahıda xüsusilə ağsaqqallarla yaddaqalan görüşümüz oldu. El ağsaqqallarımızın sözünü eşitmək çox vacibdir.

Ona görə onlara seçkilər haqqında məlumat verildi, sualları cavablandırıldı, onları narahat edən bir sıra problemlər dinlənildi. Ağsaqqallar isə öz dəstəyini bildirdi. Onlarla görüşdə çox müsbət enerji, müsbət aura var idi. Bu görüş xüsusilə inamımızı və özümüzə güvəni artırdı!”

news-detail


news-detail

Enter.News