success closed Loading...

Azərbaycanda general-polkovnik rütbəsini yalnız onlar daşıyır - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 
 
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin. 
 
news-detail
 
Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Səfər Mehdiyevin də general-polkovniklər siyahısına daxil olması nəticəsində Azərbaycanda bu rütbəni daşıyanların sayı 16 nəfərə çatdı.
 
Enter.News hazırda bu rütbəni daşıyan şəxslərin siyahısını təqdim edir:
 
Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
 
Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004)
 
Səfər Əbiyev - Azərbaycan Respublikasının eks-müdafiə naziri
 
Nəcməddin Sadıkov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
 
Ramil Usubov -  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
 
Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
 
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
 
Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
 
Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
 
Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
 
Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
 
Zakir Həsənov - Azərbaycanın Müdafiə naziri
 
Mədət Quliyev - Azərbaycanın Müdafiə Sənayesi naziri
 
Vilayət Eyvazov – Azərbaycanın Daxili İşlər naziri
 
Məhərrəm Əliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
 
Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri