success closed Loading...

''Qarabağ'' Çempionlar Liqasında mübarizəni dayandırıb - İNSİDENT + FOTO

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Enter.News xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.

Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.

Lakin APOEL klubu vurduğu iki qolla "Qarabağ"ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb. 34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Azərbaycan təmsilçisi Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

***

"Qarabağ" və Kipr APOEL-i arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə insident baş verib. 

Enter.News-un məlumatına görə, hadisə 68-ci dəqiqədə APOEL-in müdafiəçisi Uroş Matiçin vurduğu ikinci qoldan sonra yaşanıb. Matiç qolu azsaylı kiprli fanatların olduğu sektora tərəf qaçmaqla qeyd etməyə çalışıb. 

Bu zaman tribunadan onlara tərəf plastik qablar atılıb.

news-detail