success closed Loading...

FIFA Blatter və Platiniyə qarşı 2 milyon dollarlıq iddia qaldırıb

FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.

Enter.News-un məlumatına görə, ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon dolların qaytarılmasını tələb edib.

Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyob dollar məbləğində "hədiyyə"yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.

Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.

Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər.