success closed Loading...

Ronaldu qol sayına görə futbol tarixində Pele və Romariodan sonra 3-cü yerə çıxıb

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

Enter.News-un məlumatına görə, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi "dubl" sayəsində nail olub. 

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu 26 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə verib. "Fiorentina" ilə qarşılaşma "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.