success closed Loading...

Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

"Enter.News" xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
 
“Sumqayıt” “Şamaxı”nı qəbul edəcək. Turun qapanış matçı isə “Qəbələ” və “Neftçi” arasında keçiriləcək.

İlk oyun günündə “Səbail” evdə “Sabah”a 0:2 hesabıyla uduzub, “Qarabağ” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.
 
Azərbaycan Premyer Liqası
26-cı tur
9 may

“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Sumqayıt. “Kapital Bank Arena”, 17:30.
 
“Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 19:45.