success closed Loading...

Millinin hücumçusu ''Qalatasaray''ı tərk edir

Misir millisinin futbolçusu Mustafa Məhhəmməd cari mövsümün sonunda Türkiyə "Qalatasaray"ından ayrılacaq.

"Enter.News" "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Fransada davam etdirmək istəyir.

Bu ölkənin bir neçə iddialı klubundan təklif alan forvard Türkiyədə qalmaq niyyətində deyil. "Cim-Bom" isə futbolçusunu ən azı 10 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zamalek" klubundan keçib.