success closed Loading...

Azərbaycan təmsilçiləri Vindzor Kral Atçılıq Şousu iştirak edəcək

Bu gün Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayacaq.

“Enter.News” xəbər verir ki, Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası İİ Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Bu il Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan "Royal Windsor Horse Show" tədbirdə təmsilçilərimiz tərəfindən "Odlar Yurdu” adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Atçılıq Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nü¬ma¬yiş etdiriləcək, Azərbaycan Respublikasının əməkdar artisti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansamblı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.

12-15 may tarixlərində təşkil olunacaq şouda Azərbay¬can nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.