success closed Loading...

Azərbaycan Qran-prisi üçün gerisayım başladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb.

"Enter.News" "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurum yarış üçün sonuncu hazırlıqlarını tamamlayır.

 

BŞH-ın icraçı direktoru Arif Rəhimov Qran-priyə bütün biletlərin tam alınacağına ümid etdiyini söyləyib: "İzdihamı qarşılamağa səbrsizlənirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. "Formula 1" azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.