Azərbaycanın futbol üzrə U-17 millisi UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
"Enter.News" xəbər verir ki, yığmamız Gürcüstanda təşkil edilən yarışda Zambiyanın müvafiq yaş
qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Millinin heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.
Qeyd edək ki, U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.