success closed Loading...

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı uğurla həll etdiyimiz əsas vəzifəmizdir

Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olarkən Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.

Prezident İlham Əliyev: Olar, buyurun. Azərbaycan dilində də çox gözəl danışırsınız.

- İlk növbədə demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox xoşdur. Siz inkişaf edirsiniz, nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, Siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?

- Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.

- Həm də əbədi deyil.

- Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.

- Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?

- Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

- Ləziz təamlarınız...

- Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.

- Müsahibəyə görə çox sağ olun!

Enter.News


XƏBƏR LENTİ
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA 22:27
Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil eksperti Etibar Əliyevdən yol polisinə ağır ittihamlar 22:00
Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi 20:45
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar edib? - MÜHÜM TƏHLİL 13:18
ABŞ-ın Türkiyəyə Mənbic tələsi: Kürd terrorçulara tank əleyhinə külli miqdarda raket verilib 12:58
İstanbulda "Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı" adlı konfrans keçirilib + FOTOLAR 12:13
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərəkət dayandırılıb 12:06
Hafiz Paşayev: "ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar” 10:55
İlham Əliyev xanımı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər + FOTOLAR 09:56
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır 08:00
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur 00:08
Vahid Mustafayev: "Bunlar mənə İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi" + YENİLƏNİB 00:00
20.01.2019
Ramil Usubovdan yeni RƏİS TƏYİNATLARI 23:55
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ 23:52
Kamal Abdulla: “Bu xəbəri ulu öndərimiz verdi..." 23:29
İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana gəlişi tarixi səfərdir" 19:25
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb + FOTOLAR 17:18
“ASAN xidmət” mərkəzləri yanvarın 20-də işləməyəcək 12:47
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib 12:43
Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb 11:41
ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır” 10:40
İlham Əliyev Zimbabvenin prezidenti ilə görüşüb + FOTOLAR 09:19
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub + FOTOLAR 00:11
ABŞ və Şimali Koreya liderləri arasında ikinci görüşün vaxtı açıqlanıb 00:02