success closed Loading...

Türkiyədə Kosmik Agentlik yaradılıb

Türkiyədə Kosmik Agentlik yaradılıb.

Enter.News Türkcə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni agentliyin nizamnaməsi təsdiqlənib və səhaliyyətləri müəyyənləşdirilib. Qurum müstəqil fəaliyyət göstərəcək və ayrıca büdcəsi olacaq. 

Yeni yaradılan qurum Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə əlaqəli şəkildə işləyəcək. Agentlik ölkənin aerokosmik sənayesinin inkişafına məsuliyyət daşıyacaq.

Agentliyin danışıqlar aparmaq, dövlət adından kosmik aparatların istifadəsi məsələləri üzrə sənədlər də daxil olmaqla müqavilələr imzalamaq səlahiyyəti var.