success closed Loading...

''WhatsApp'' bəzi smartfonlarda fəaliyyətini dayandıracaq

"WhatsApp" bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək.

Bu barədə şirkətin saytında bildirib.

Qeyd olunur ki, dəyişikliklər "Nokia Series 40"əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.

Bundan əlavə, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "WhatsApp" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.

Enter.News