success closed Loading...

“Azərkosmos” ötən il xidmət ixracından 26 mln. dollara yaxın gəlir əldə edib

 2018-ci ildə “Azərkosmos” ASC 24 ölkəyə 25,6 mln. ABŞ dolları dəyərində telekommunikasiya və optik peyk xidmətləri göstərib.

Enter.News bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar buraxılışına istinadən xəbər verir.

İcmalda deyilir ki, təkcə ötən ilin dekabr ayında isə dövlət şirkəti 16ölkəyə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. Şirkət ötən il xidmət ixracını 12% artırıb.

“Azərkosmos”un xidmətini ixracı etdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləri olub.