success closed Loading...

İkinci ən yaxşı mobil fotomüsabiqəsi başa çatdı + FOTOLAR

Martın 1-də başa çatan Best Mobile Photo layihəsinin ikinci mobil fotoqrafiya müsabiqəsinin qalibinin adı məlum oldu.

Enter.News xəbər verir ki, bu dəfə müsabiqənin qalibi təsadüfi üsulla müəyyən edildi. Qalib @ayse___m_va  iştirakçısı oldu. Qalibə MiHome şirkətinin təqdim etdiyi  Mi Sphere Camera Kit kamerası təqdim olundu.

İki həftə ərzində foto həvəskarları, sərbəst mövzuda 250-dən çox şəkil göndərmişdilər. Ən yaxşı 61 fotoşəkil layihənin rəsmi  Facebook və Instagram səhifələrində yerləşdirilmişdi

Qeyd edək ki, Best Mobile Photo layihəsi öz şəkillərin ilə geniş auditoriya ilə bölüşməyə imkan yaradır. Bu, digər insanların sizin yaradıcılığınız ilə yaxından tanış olub onu qiymətləndirmək üçün yaxşı platformadır.  

Təşkilatçılar mobil foto həvəskarlarını öz smartfonlarına çəkdikləri maraqlı şəkilləri mobile.photo@yandex.ru elektron ünvanına göndərməyə dəvət edirlər. Hər həftə ən yaxşı mobil fotoşəkillər saytlarda yerləşdiriləcək.

Təşkilatçılar bu müsabiqədə mükafata görə Mi Home şirkətinə öz təşəkkürünü bildirirlər.

news-detail

news-detail

news-detail