success closed Loading...

''Twitter''in işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər.

Enter.News-un məlumatına görə, bu barədə "Downdetector" saytında xəbər verilib.

Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər - ən çox şikayət Moskvadan gəlib.

Əksər şikayətlər veb-saytdakı problemlərlə bağlı olub (45%).