success closed Loading...

İlham Əliyev: “Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir”


“Naxçıvanın hərbi potensialı  lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq”.

Enter.News-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir: “Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb”.

Prezident İlham Əliyev bildirib ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır: “Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır”.

Dövlət başçısı bildirib ki, Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir: “Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır”.


XƏBƏR LENTİ
“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB 13:55
Xalq artisti Leyla Əliyevanın şeirinə mahnı oxudu + VİDEO 13:40
İsmayıllıda yanan ev Ziya Məmmədovun qardaşının olub + YENİLƏNİB 13:25
Suriyada VƏZİYYƏT GƏRGİNLƏŞİR + YENİLƏNİB 13:15
Sınaq imtahanında yeni test tapşırıqları istifadə ediləcək - DÖVLƏT İMTAHAN MƏRKƏZİ 12:55
Rusiyanı qəzəbləndirəcək bəyanat – Suriyadan pay istədi 12:40
General: "Libermana sui-qəsddə “erməni izi”-nin olması istisna deyil" 12:30
“Qərb 1990-cı illərdə Rusiyaya söz verdi ki...” – Lavrov ARXİVİ AÇDI 12:20
İsrail və ABŞ-dan yeni sınaq - Dünya kosmos müharibələrinə BİR ADDIM DA YAXINLAŞDI 11:55
Xınalıq yolunda uçqun - 7 kəndlə ƏLAQƏ KƏSİLDİ 11:45
ABŞ-ın təklifinin PƏRDƏARXASI – Türkiyəyə qarşı xain plan ORTAYA ÇIXDI 11:40
"Facebook"-dan SƏRT QAYDALAR - Reklama nəzarət gücləndirilir 11:25
Legioner Düdənginskinin ailə məsələləri ilə bağlı müraciəti – Əfsus ki, bəzi yurddaşlarımız xaricilərlə evlənmək fikrinə düşürlər... 11:15
Əsədə qarşı yeni TƏHLÜKƏ - Müxalifət ən böyük qruplaşmasını yaratdı 11:10
İmtahandan uğurla keçənlərin nəzərinə 11:04
Dollar və manat həftəyə bu qiymətlə başladı 10:55
Vəkillər Kollegiyası yeni binaya köçdü 10:35
Azərbaycanda qarın hündürlüyü yarım metri keçdi 10:30
Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi + FOTO 10:20
Düşmən atəşkəs rejimini 136 dəfə pozub 10:15
Multimilyarder daha çox vergi ödəmək istəyir 10:05
Ziya Bünyadovun qatili həbsxanada danışdı + FOTO 09:55
"Qara qızıl"-ın QİYMƏTİ 09:40
Abşeronda güclü partlayış 09:35
Türkiyə-ABŞ savaşı qaçılmazdır – Amerika nəşri 09:25
İsrail Qəzza zolağını atəşə tutub 09:20
İrandan NÖVBƏTİ HƏMLƏ 09:00
18.02.2018
Elm cavabsız suallardan, din isə sualsız cavablardan ibarətdir - Fəxrəddin Salim 11:26
Azərbaycanın peşəkar aktyorlarından olan – Ələkbər Hüseynzadə və Əzizə Məmmədova 10:22
Parlamentin gündəmi: Deputatlar ölkə yollarını necə təmir etməyin yollarını axtarırlar 09:10