success closed Loading...

İran prezidenti: ''Niyə regionda odla oynayırsız?''

ABŞ regionda “odla oynamağ”a 1 il əvvəl başlayıb.

Enter.News-un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhani ABŞ-a xitabən bildirib: “Odla oynamağın təhlükəli olduğunu deyirsinizsə, nə üçün regionda odla oynamağa başlayıbsız? Siz onu söndürə bilərsiniz”.

İran Prezidenti ABŞ-ı BMT Təhlükəsizlik Şurasının qərarlarına qayıtmağa çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının artmasına sərt reaksiya verərək bildirmişdi ki, “İran odla oynayır”.