success closed Loading...

Saakaşvili: “Rusiya 5 ilə SSRİ-ni bərpa edəcək” + YENİLƏNİB

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın SSRİ-ni bərpa edəcəyini deyib.
 
Enter.News xəbər verir ki, layihə 2024-cü ilə qədər reallaşacaq:
 
"Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu və Ukraynanın Qərbi istisna olmaqla, qalan ərazilərinin birləşdirməyi nəzərdə tutur”.
 
Siyasətçinin fikrincə, Rusiya bu ölkələrin Avroatlantik məkana inteqrasiyasını dondurmağı, onların siyasi lderlərinin mövqeyini zəiflətməyi hədəf seçib.
 
***

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası kursunu götürüb.

Enter.News Rusca “İnterfaks”a istinadən xəbər verir ki, belə məlumatla Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.

Saakaşvili deyib ki, Gürcüstanın indiki hakimiyyəti dövlətçiliyin qorunmasına qarşı qəsdin iştirakçısıdır. Onun fikrincə Rusiyanın təzyiqi ilə Gürcüstan hakimiyyəti NATO və Avropa İttifaqına üzvlük kursunu dəyişə bilər.
 
“Putin qərara alıb ki, 2024-cü ilə, yəni növbəti seçkilərə qədər Sovet İttifaqını bərpa etsin və bu məqsədlə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu, Ukraynanın qərbi istisna olmaqla əsas hissəsini özünə birləşdirsin. Onun planı belədir”,-Saakaşvili deyib.
 
O, məlumatın mənbəyini dəqiqləşdirməyib, amma əlavə edib ki, “Putin planı”nın tərkib hissəsinə indiki mərhələdə həmin ölkələri dünya siyasi arenasında neytralitet elan etməyə məcbur etmək və onların siyasi liderlərinin təsir imkanlarını zəiflətmək daxildir.