success closed Loading...

Putin Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etdi + FOTOLAR

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Enter.News Rusca xəbər verir ki, Putin Əliyevaya ordeni Novo-Oqaryovodakı iqamətgahında təqdim edib.

“Diqqətinizi bunun düşünülmüş bir qərar olduğuna yönəltmək istəyirəm. Ona görə yox ki, Siz Rusiyaya gəlmisiniz və Azərbaycanın yüksək vəzifəli şəxslərindən birisiniz. Bu, Sizin işiniz, fəaliyyətiniz, bu gün ali səviyyədə olan və çox yüksək qiymətləndirdiyimiz dövlətlərarası əlaqələri dəstəkləməyinizlə əlaqəlidir”, - deyə Putin bildirib.

Prezident əlavə edib ki, ordenin adı da Mehriban Əliyevanın Rusiya-Azərbaycan əlaqələri üçün gördüyü işlərə münasibəti ifadə edir.

Birinci vitse-prezident Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasının böyük şərəf olduğunu deyib.

news-detail

news-detail

news-detail

news-detail