success closed Loading...

Mövlud Cavuşoğlu türk bayrağını cıran yunanıstanlı deputata sərt cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan parlamentinin deputatı İoannis Laqosun Türkiyə bayrağını cırmasına münasibət bildirib.

Enter.News xəbər verir ki, bu barədə M.Çavuşoğlu şəxsi “Twitter” hesabında paylaşım edib.

O, Türkiyə bayrağının şəklini paylaşaraq bunları yazıb: “Şanlı bayrağımıza qalxan əlləri necə qırdığımızı, dənizə necə tökdüyümüzü ən yaxşı irqçilər bilərlər. Avropanın ərköyün irqçi uşaqları hədlərini aşmasınlar. Avropa anti-islam və irqçiliyə yox deməlidir”. 

Qeyd edək ki, Avropa Parlamentində yunan adalarındakı qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə olunanda yunanıstanlı deputat İoannis Laqos Türkiyə bayrağını cırıb. Yunanıstanın ifrat sağçı “Qızıl Şəfəq” Partiyasının keçmiş üzvü olan İonnas Laqos deyib ki, Yunanıstan vətəndaşlarının vəziyyəti heç kəsi maraqlandırmır, hamı qaçqınların durumunu müzakirə edir.