success closed Loading...

Putinin qalstuk taxmadığını görüb o da çıxardı + VİDEO

Soçidə Rusiya və Belarus Prezidentlərinin görüşü olub.

Enter.News-un məlumatına görə, Prezident Vladimir Putin Rusiyaya səfər edən Aleksandr Lukaşenkonu görüşün keçiriləcəyi Krasnaya Polyana məntəqəsində qarşılayıb.

Liderlərin daha sonra baş tutan təkbətək görüşündə diqqətçəkən məqam olub. Belə ki, Putin həmkarını qeyri-rəsmi geyimdə, qalstuksuz qarşılasa da, Lukaşenko rəsmi geyimdə olub. Tərəflərin masa arxasında danışıqları zamanı Belarus dövlət başçısının da qalstukunu çıxardığı görünüb.

Qeyd edək ki, Vladimir Putinlə Aleksandr Lukaşenko Rusiya-Belarus əməkdaşlığının aktual problemlərini, inteqrasiya ilə bağlı məsələləri, habelə neft-qaz sahəsində əməkdaşlığı müzakirə ediblər.