success closed Loading...

Qazaxın 7 kəndi ilə bağlı məsələyə aydınlıq gətirildi

“Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.

“Enter.News” APA-ya istinadən  xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.

Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanının 5 maddəlik təklifi əsasında aparılacaq.

Onun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.