success closed Loading...

''Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda özünü göstərdi'' - Ərdoğan

“Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda, Liviyada, Qabarda, Cudidə özünü göstərdi”.

Enter.News” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir.

Bu, özündə imperealist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, - o söyləyib.