success closed Loading...

Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 229 uşaq ölüb, 421 uşaq güllə və qəlpə yarası alıb.

"Enter.News" xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək müxtəlif səbəblərdən xəsarət alan uşaqların ümumi sayı isə 647-yə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.