success closed Loading...

Rusiya “Moskviç”i yenidən istehsal edəcək

Rusiya “Moskviç” markalı tarixi minik avtomobillərini yenidən istehsal edəcək.

"Enter.News" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb.

“Avtomobil istehsalı üzrə “Renault” şirkəti Moskvadakı zavodunu bağlamaq qərarına gəlib.

Mən zavodun şəhərin balansına keçirilməsi və burada “Moskviç” tarixi brendi altında minik avtomobillərinin istehsalını bərpa etmək barədə qərar qəbul etdim. 2022-ci ildə “Moskviç”in tarixində yeni səhifə açacağıq”, - deyə Sobyanin qeyd edib.