success closed Loading...

Rusiya Prezidenti Kremldə Ermənistanın Baş naziri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putinin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.

"Enter.News" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Putinlə Paşinyan Qarabağ məsələsini müzakirə ediblər. 

"Biz ikitərəfli gündəlikdəki bütün məsələlər və regional məsələlər üzrə sizinlə müntəzəm təmasdayıq. Buna baxmayaraq, həmişə çoxlu suallar yaranır. Dialoqumuzun intensivliyini nəzərə alsaq, bu, göz qabağındadır. Biz Qarabağ probleminin həllində Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə üçtərəfli formatda birgə fəal işləməyə davam edirik. Çoxlu suallar var”, - deyə Putin qeyd edib