success closed Loading...

Qarabağda qətliamlar törədən məşhur erməni terrorçu öldürüldü

Suriyada erməni kommunist öldürülüb.

Enter.News-un erməni saytlarına istinadən məlumatına görə, Nubar Ozanyan kürd silahları tərkibində vuruşub.

Öldürülən şəxsin Suriya ərazisində 2015-ci ildən müxtəlif qruplaşmaların tərkibində döyüşdüyü məlum olub.

Türkiyə ərazisindəki PKK terror təşkilatı, həmçinin Türkiyə və Suriyadakı Kommunist partiyaları Ozanyanın ölümü münasibətilə başsağlıqları yayıb.
Nubar Ozanyan Türkiyədə doğulub. 1980-ci illərdə PKK-ya qoşulub və ölkənin cənub-qərbində bir çox terror aktlarının həyata keçirilməsində fəal iştirak edib.

O, Qarabağ müharibəsində də iştirak edib və azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarıb.