success closed Loading...

İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış edib - FOTO + YENİLƏNİB

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Enter.News xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışdı.

D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasiqurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri dedi ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər.

Baş nazir Şahid Xaqan Abbasi D-8 təşkilatına sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan etdi.

Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd etdi. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirdi ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə Prezidenti dedi ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd etdi. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış etdi.

Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənildi, gündəlikdə duran məsələlər müzakirə olundu.

IX Zirvə görüşünə yekun vuran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirdi. Türkiyə Prezidenti təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı, qurumun inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını çatdırdı.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalandı.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.

Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

***

12:20

Türkiyənin İstanbul şəhərində D-8 Zirvə görüşü başlayıb.

Enter.News-un “Report”a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbulda səfərdədir.

news-detail


XƏBƏR LENTİ
Pekin və Moskvanın ABŞ GEOSİYASƏTİ 14:07
Bakıda sərnişin avtobusu qəzaya uğradı - SON DƏQİQƏ 13:57
Türk əsgərindən ürək ağrıdan və qürur verici münasibət: EVDƏKİLƏR GÖZLƏMƏSİNLƏR... + VİDEO 13:35
Türkiyə “Zeytun budağı” ilə nə əldə edəcək? - SƏKKİZ HƏDƏF 13:21
Sabaha olan hava PROQNOZU 13:07
Azərbaycanda cərrah özünü əməliyyat etdi - İNANILMAZ GÖRÜNTÜLƏR + VİDEO 12:47
Oxucudan İlyas Əfəndiyevə qəribə məktub - Siz səhv edəndə də səmimisiz! 12:44
NATO-dan rəsmi Ankara ZİYARƏTİ 12:40
Beynəlxalq ekspertlər "Mehmetcik"in etdiklərini heyrətlə izləyir: "Dünya belə ordu görməyib" + FOTOLAR 12:29
Azərbaycanda - YENİ QANUN 12:15
"Dost başa baxar, düşmən ayağa" - BARZANİDƏN XAİN PLAN 11:57
Vergilər Nazirliyində NÖVBƏTİ TƏYİNAT 11:40
İcra başçıları əsassız qərarlar qəbul edir - ŞURA 11:30
Dövlət Təhlükəsizliyi Xidmətindən - NÖVBƏTİ ƏMƏLİYYAT 11:15
"Fırtınalar dursun yana, yol ver Türkün bayrağına" - TÜRK ORDUSU ŞOK YAŞATDI 11:00
Cəbhədə SON VƏZİYYƏT 10:40
Rusiyadan Afrin əməliyyatına münasibət - RƏSMİ 10:31
Manatın "ÜZƏN MƏZƏNNƏ"-Sİ 10:17
Qanazlığının dərmanı bu qidadır 10:10
Ərdoğanın oğlu AFRİN ƏMƏLİYYATINDA + FOTO 10:05
Bu gün Davos İqtisadi forumu başlayacaq 09:35
"Qara qızıl"-ın QİYMƏTİ 09:20
Rusiyada 46 azərbaycanlı dustağın həyatını xilas edən polis polkovnik-leytenantı VARİS MƏCİDOV + VİDEO + FOTOLAR 09:09
Suriyadan Reyhanlıya raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb + YENİLƏNİB 09:00
21.01.2018
"Bitcoin" haqqında məşhur "MEYMUN BİZNESİ" hekayəsi - VACİB 23:00
Bakıda avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb 20:01
İran Türkiyəni Afrindəki əməliyyatları dərhal dayandırmağa çağırıb 19:57
Heç kimin bilmədiyi İNSAN - Fəxrəddin Salim 19:19
Hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb - TÜRKİYƏDƏ 18:54
Azərbaycanın ilk peşəkar aktyorlarından biri olan - Cahangir Zeynalovun həyat hekayəti 18:06
Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb 16:40
Azərbaycandan Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına RƏSMİ MÜNASİBƏT 15:24
Azərbaycan ordusunun yüksək rütbəli zabiti şəhid oldu + FOTO 14:17
Ərdoğan Afrinlə bağlı danışdı: "Çox qısa zamanda əməliyyatı tamamlayacağıq" 13:11
Prezident təhsil nazirinin müavinini vəzifəsindən azad etdi və o, vergilər nazirliyində yüksək posta gətirildi - DOSYE 12:01
Ərdoğandan Ermənistana TƏKLİF 11:53
Deputat Soltan Məcid Qənizadə parlamentə təklif verib - Dəmir yol tarifləri artırılsın... 10:58
Mədənizin düşməni olan qida məhsullarını tanıyın - Siyahı 01:04
Dron vasitəsilə batan üzgüçülər belə xilas edildi + VİDEO 00:31
“Qalatasaray”ın yeni prezidenti məlum oldu 00:00