success closed Loading...

Azərbaycan və Meksika arasında saziş imzalanıb

"Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş"i imzalanıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sazişi Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıb.

X.Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsilə əlamatdar olduğunu bildirərək bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir müavini həmçinin, Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

X.Xələfov imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Meksika ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən nazir müavini bu sahədə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd edən X.Xələfov iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və bu xüsusda, Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib.

Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini bildirərək, Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını bildirib.

Həmçinin o, 2016 ci ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Səfir iki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunaraq, Səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş rəssamlıq sərgilərindən söz açıb. Bu xüsusda, o, Meksika rəssamlıq nümunələrinin yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunduğunu diqqətə çatdırıb.

Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibələrimizin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Enter.News


XƏBƏR LENTİ
20.04.2018
Gürcüstan-Azərbaycan sərhədində silahlı insident, Ölən var 23:50
Türkiyə qızıllarını ABŞ-dan niyə çıxardı? - Həqiqi səbəb 23:39
Twitter çökdü 23:03
Dünya şöhrətli DJ vəfat edib 22:43
Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı 22:30
Bakıda böyük söküntü qərarı- 2500 EV KÖÇÜRÜLÜR + VİDEO 22:24
Yıldırmdan ABŞ-a: Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox 22:08
Mikrodalğalı sobalarda bizi gözləyən TƏHLÜKƏ 21:50
ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı 21:45
İrəvanda müxalifətin növbəti mitinqi keçirilir 21:23
Qarabağ da, Sarkisyan da bizə lazım deyil - Karapetyan 20:52
Türk ordusundan ilk: Bu silah ələ keçirildi 20:36
Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılır - SƏRƏNCAM 20:15
Azərbaycanda Dövlət Komitəsi ləğv edildi 20:03
Bu şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı SƏRƏNCAM 19:57
Prezidentdən 4 sərəncam - Azərbaycanda bu qurum ləğv edildi 19:47
Prokuror tanınmış idmançıya 8 il iş istədi 19:40
Putin Bakıdan qayıdan generalı TƏCİLİ GÖRÜŞƏ ÇAĞIRIB 19:20
“Lotu Quli”nin ən son görüntüləri + VİDEO 19:06
Neftin bir bareli 80 DOLLARA çata bilər 18:50
Bakı metrosunda qumbara tapıldı + FOTO 18:32
Ərdoğan qalmaqallı derbidən danışdı: Quramadır 18:20
İlham Əliyev sərəncam imzaladı - Əli Həsənov ... 18:09
Yeni baş nazir KİM olacaq? 17:53
Eldar Mahmudovu məhkəməyə verdilər 17:43
Dolların məzənnəsi 17:31
ABŞ Türkiyəni şantaj edir - Lavrov 17:10
Prezident qarşı çıxdı -Ölkə səfirliyi Qüdsə köçürüləcəkmi? 17:02
Damarlar təmizlənəyib təzyiq normallaşdıran və yaddaşı yaxşılaşdıran GÜCLÜ VASİTƏ 15:50
"Formula-1"-lə bağlı iki xəstəxana ayrıldı 15:25
Nazirdən NATO generalına: Onlar bizə niyə silah satmır? 14:40
Lavrovdan xəbərdarlıq: ABŞ-ın kosmosdakı gücü... 14:11
Şəhər köçürülür – Avropanın mərkəzində BOMBA HƏYƏCANI Avropa 13:35
5 dərəcə ŞAXTA OLACAQ, yağış və dolu yağacaq - Sabahın HAVASI 12:50
Pentaqondan S-400 açıqlaması: Qərarı Ankara verəcək 12:35
ABŞ-la müharibə başlaya bilərdi – Lavrovdan SENSASİYALI AÇIQLAMA 12:10
Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər 11:30
“Putin Trampla görüşə hazırdır, amma…” – Moskvadan CAVAB 11:10
Şəxsiyyət vəsiqənizdə sizi ölümə aparacaq İNANILMAZ QEYD - ŞOK ARAŞDIRMA 10:25
PKK Türkiyə ilə ABŞ-ı qarşı-qarşıya qoydu 10:10
Jurnalistika üzrə təhsil alan bakalavrlara ŞANS 10:05
Erməni TƏXRİBATI - SON DƏQİQƏ 09:50
VALYUTA MƏZƏNNƏLƏRİ 09:35
Bakıda FACİƏVİ HADİSƏ 09:25
NEFTİN QİYMƏTİ 09:10
Üzeyir Hacıbəylinin Ordubadiyə təbrik məktubu 08:50
Rusiya XİN-də bomba həyəcanı: təxliyə başladı 00:40
Ermənistan bir neçə hissəyə parçalanacaq... - Hadisələrin MÜMKÜN SSENARİSİ 00:33
Ərdoğan DOLLARA MÜHARİBƏ ELAN ETDİ 00:23
Ermənistan prezidenti müxalifətə səslənib 00:05